Əməkdar artist Beynəlxalq festivalda mükafat aldı

Əməkdar artist Beynəlxalq festivalda mükafat aldı

Özbəkistanın qədim Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” onuncu Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Aktual.az-ın məlumatına görə, musiqi bayramında dünyanın 80-dən çox ölkəsindən gələn musiqiçilər iştirak ediblər.

Bu festivalda ölkəmizi əməkdar Artisti Təyyar Bayramovun rəhbərlik etdiyi “Buta” musiqi qrupu təmsil edib. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət ediblər.

Yubiley tədbirlərinə “Şərq təranələri” birinci Beynəlxalq Musiqi Festivalının Azərbaycandan olan ilk iştirakçısı, festivalın “Qran pri” mükafatına layiq görülmüş Xalq Artisti Simarə İmanova da fəxri qonaq kimi qatılıb.

Təyyar Bayramov festival çərçivəsində Səmərqəndin küçə və meydanlarında, həmçinin Həmid Əlimcan adına Dram Teatrının qarşısındakı meydanda, o cümlədən Səmərqənd vilayətinin Camboy şəhərində bir-birindən gözəl muğam, təsnif və xalq mahnılarını ifa edib.

Sonuncu gündə münsiflər heyəti Təyyar Bayramovu və “Buta” qrupunu festivalın “Nadir səs və ən gözəl qrup” adına layiq görüb.

Festival çərçivəsində elmi-nəzəri konfrans da keçirilib. Tədbirdə Azərbaycandan gələn musiqişünas alimlər - Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış ediblər.

1997-ci ildən bəri keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçiləri həmişə uğurla iştirak ediblər. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndələr - Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əskərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerlərə layiq görülüblər. (AzərTac)

Xəbər 688 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR