Əməkdar artist: "Başa düşmüşəm ki, bu ailə uzunmüddətli olmayacaq"

Əməkdar artist:

Əməkdar artist Mehriban Zəki "Geriyə baxanda" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, aktrisa sevgisindən, yaradıcılığından, hələ də ailə qurmamasından bəhs edib.

"Mən şəxsi həyatımı sənətə qurban vermədim. Mənim şəxsi həyatım sənətimdir. Birini o birindən ayırmıram. Ailə o qədər böyük məsuliyyət tələb edən işdir ki... Ailəni qurub sonra onu dağıtmaq kimi qorxularım olub. Bəlkə, buna görə ondan qaçmışam. O qədər pərəstişkarlarım olub, evlilik təklifləri almışam ki... Çox gözəl də insanlar olub. Sadəcə, elə vəziyyət alınıb, başa düşmüşəm ki, bu ailə uzunmüddətli olmayacaq. Bəzən içini araşdırmışam, görmüşəm hörmətim var, sevgim yoxdur. Beləcə, o hərəkətdən uzaqlaşmışam. Hər şeyi dolğun şəkildə hiss edərək, yaşamaq arzusunda olmuşam. Sənət mənim içimdədir, onu yaşadıram. Ailə isə sevgi ilə baş verməlidir. Bunun məsuliyyətini dərk edirəm. Ola bilsin ki, gələcəkdə ailə qurum. Təbii ki, həyatımda sevgi var".

Xəbər 919 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR