Dərbənd Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunan tanınmış rejissor və aktyor, əməkdar artist Sərvər Əliyev Azərbaycandan gedib.
Aktual.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında rejissor özü bildirib.
O, bundan sonra fəaliyyətini Dərbənd şəhərində davam etdirəcək:
"İki aydır ki, Dərbənddəyəm. Fəaliyyətimi burada davam etdirəcəyəm. Niyə Dərbənddəyəm, bunun çox ciddi səbəbləri var. Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam”.
Xəbər 2713 dəfə oxunub.