Əməkdar artist Kubra Əliyeva "Bizimləsən" verilişinin qonağı olub.
Aktual.az-ın Axşam.az-a istinadən məlumatına görə, aktrisa keçmiş ağır günlərini xatırlayıb ağlayıb:
"Kaş Sumqayıtda yaşadığım ac günlərim olardı. Çünki onda daha xoşbəxt idim. İtirdiyim balama görə orada çox əziyyət çəkmişəm. Orada qalanda ac, kasıb idim. Halal çörək az olur, amma yaxşı olur.
Əvvəl yataqxanada qalırdım. Sonra ev verdilər. Universitetdə oxuyanda, Bakıya dərsə gəlməyə pulum yox idi. Hərdən sosial şəbəkədə yazırlar ki, "Afaq Kubra xanımın paltosun geyinib". Yazmayın, xoşum gəlmir. Geyinib, bunu nə Afaq, nə də Kubra danır. O plaşın materialı nə idi bilirsiniz? Klonkadan tikdirmişdim".