Əməliyyat keçirilib.
Bakının H.Cavid prospektində bu dəqiqələrdə şəxsiyyəti hələ ki məlum olmayan kişi özünü öldürmək istəyib.
Aktual.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, intihar etmək istəyən şəxs həmin binada işləyən fəhlədir.
O, 200 manat əmək haqqını ala bilmədiyi üçün özünü öldürmək istəyib.
Hadisə şahidlərinin məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində kəndir vasitəsi ilə binanın damından düşən FHN əməkdaşı özünü öldürmək istəyən fəhləni xilas edib.