Əmanətçilərə 698 milyon ödənildi

Əmanətçilərə 698 milyon ödənildi

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 16 noyabr 2016-cı il tarixdə "Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 810 min manat, "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 256 min manat, "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 005 min manat və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Aktual.az-a  verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 125 milyon 094 min manatdan artıq kompensasiya verilib.

Qeyd olunub ki, noyabrın 16-da "Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 193 min manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 073 min manatdan artıq kompensasiya verilib.

Noyabrın 16-da "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 080 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard” KB-nin qorunan əmanətçilərinə 412 milyon 517 min manat artıq kompensasiya verilib. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 698 milyon 890 min manatdan artıq kompensasiya verilib.
 
Aktual.az
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR