Bir neçə gün öncə qızına toy edən və bu yolla gündəmə gələn müğənni Elza Seyidcahan ardınca qarşıdan gələn parlament seçkilərinə qatılacağını bəyan etdi.
O, konkret olaraq hansı dairədən namizəd olacağını söyləməsə də, Aktual.az bəstəkar-müğənninin hansı dairədən namizəd olacağına dair özəl informasiya əldə edib.
Məlum olub ki, Elza Seyidcahan öz namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürəcək.
Hazırda bu dairədən millət vəkili Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü Tahir Süleymanovdur.
67 yaşlı YAP-çı deputatın bu dəfə də seçkilərə qatılacağı, Elza Seyidcahanla rəqib olacağı gözlənilir.
Xatırladaq ki, Elza Seyidcahan Siyəzən rayonunda anadan olub və bu rayonda orta təhsil alıb. Hazırda Siyəzəndə çoxlu qohumları yaşayan E.Seyidcahan bu dairədən şanslarının yüksək qiymətləndirir və məhz elə bu səbəbdən də 54 saylı Şabran-Siyəzən seçki dairəsini seçib.
Adnan/Aktual.az