Noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş Elza Seyidcahan seçkilərlə bağlı şikayətindən imtina edib.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.
Qeyd olunub ki, E.Seyidcahan bu gün yazılı ərzilə ilə MSK-ya müraciət edərək şikayətini geri götürdüyünü bildirib. O, MSK rəhbərliyinə onun şikayətlərinə obyektiv yanaşdığı üçün təşəkkürünü bildirib.