Elza qızının analoqsuz toyu baş tutdu- FOTO

Elza qızının analoqsuz toyu baş tutdu-   FOTO

Əməkdar artist Elza Seyidcahan dünən qızını gəlin köçürdü.

Aktual.az-ın məlumatına görə, Gülşən və Elxanın toy məclisi paytaxtın ən bahalı restoranlarının birində baş tutub. 

Məclis əvvəlcədən anons edildiyi kimi qeyri-adi olmasa da, çox gözəl təşkil olunub. Gecədə şou-biznesin bir çox tanınmış simaları iştirak edib. Toyun aparıcı müğənnisi isə Zamiq Hüseynov olub.

Elza Seyidcahan toydan əvvəl məclisin qeyri-adi təşkil edildiyini demişdi. "Bu toyun analoqu yoxdur. Hamı bu məclisdən danışacaq. Bu, mənim növbəti layihəmdir" - deməklə, hər kəsi maraqlandıra bilmişdi. Lakin toyda olanlar qeyri-adi bir şeyin baş vermədiyini, hər hansı qəribəliyin şahidi olmadığını deyir. 

Gülşənin həyat qurduğu Elxan Əlisatov fotoqrafdır. Gülşənin xına mərasimi avqustun 19-da olub. (ans)

 
Xəbər 3027 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR