Bir müddət öncə Raminə Eyvazqızının "Primadonna kriminal avtoritetdir?" yazısını oxudum. Yazı çox peşəkarcasına yazılmışdı. Çox təsirləndim və elə bu şeiri yazdım. İndi bu şeri İlhamə xanımın ölmünə həsr edirəm.
Bu sözləri Sputnik-ə əməkdar artist, bəstəkar və müğənni, son dövrlərdə özünün qeyri-adi şeirləri ilə dillərdə dastan olan Elza Seyidcahan deyib. İlhamə Quliyevanın ona qarşı etdiyi haqsızlıqlara baxmayaraq, onu bağışladığını deyən Elza Seyidcahan, bu şeri oxucularla bölüşməyimizi istəyib.
qəbriniz üstə gələn olsun,
bizə halallıq verən olsun.
qoy onun gözü üstümüzdə olsun.
Köksü üstə bir köz olsun,
birimiz orda, birimiz burda,
birimiz yolda, birimiz suda
qəbirdə bizi görən olsun,
Gələn olsun qəbrimiz üstə,
eşq sevənlərin olsun…
Aktual.az
Xəbər 1329 dəfə oxunub.