Elxan Məmmədov AFFA-nın icraçı-vitse prezidenti vəzifəsini tərk edir.
Aktual.az-ın məlumatına görə, funksioner bundan sonra milli asosiasiyasadakı işini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.
Bu isə o deməkdir ki, E.Məmmədov AFFA-da əməkhaqqı almadan fəaliyyət göstərəcək.
Qeyd edək ki, Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb.
Xəbər 439 dəfə oxunub.