Elvinin səhvinə çox əsəbiləşdim, amma... - Qurban Qurbanov

Elvinin səhvinə çox əsəbiləşdim, amma... - Qurban Qurbanov
  • İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Atletik"lə oyunda Elvin Cəfərquliyevin səhvinə verdiyi sərt reaksiyası barədə danışıb.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, baş məşqçi oyun zamanı çox əsəbiləşdiyini etiraf edib.
"Normal bir qaydada söhbətimiz oldu. Hər hansı bir kobud danışığım olmadı. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit müzakirə etdik. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbiidir. Çünki oralar başqa bir səviyyədir. Əsas olan bu səhvi növbəti dəfə təkrarlamamaqdır. Dönüb keçmişə baxsaq, görərik ki, bizdə hələ elə bir hal olmayıb ki, bir futbolçu oyunda buraxdığı səhv hərəkəti yenidən başqa bir vaxt təkrarlasın”, - Qurbanov bildirib.
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR