Bu gün keçiriləcək UEFA Çempionlar Liqasının "Qarabağ" - "Çelsi" oyunu üçün Bakıya gələn İngiltərə təmsilçisinin oyunçularının siyahısı açıqlanıb.
Aktual.az xəbər verir ki, bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb.
Belə ki, klub Bakıya 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu olmaqla 23 futbolçu ilə gəlib.
Qapıçılar: Filip Yorgensen, Maks Merrik, Robert Sançes.
Müdafiəçilər: Coş Açimponq, Tosin Adarabioyo, Trevo Çaloba, Mark Kukurelya, Vesle Fofana, Malo Qusto, Yorrel Hato, Ris Ceyms.
Yarımmüdafiəçilər: Fakundo Buonanotte, Enzo Fernandes, Romeo Laviya, Moyses Kaysedo, Andrey Santos, Alexandro Qarnaço, Tayrik Corc, Ceymi Qittens, Estevao.
Hücumçular: Liam Delap, Mark Giu, Joao Pedro.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Xəbər 33 dəfə oxunub.