Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə vəzifəsindən azad edilib.
Aktual.az -ın Trend-ə istinadən xəbərinə görə, bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Komissiyadan onun öz ərizəsi ilə işdən azad edildiyi bildirilir.
E.Nağızadə 5 ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Komissiyadan verilən məlumata görə, E. Nağızadə ailə vəziyyəti ilə əlaqədar olaraq işindən ayrılıb. Onun yerinə hələlik təyinat olmayıb.