Elnur Əliyev: "Azərbaycanda qanunsuz mərc oyunlarının fəaliyyəti məhdudlaşdırılacaq"

Elnur Əliyev:


Yaxın vaxtlarda Azərbaycanda qanunsuz mərc oyunlarının fəaliyyəti məhdudlaşdırılacaq.
Aktual.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Onlarla bağlı bir müddət əvvəl aidiyyəti dövlət qurumlarına müraciət olunub. Qeyd edim ki, "Qanunsuz totalizator qumar oyunlarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi və "Azərlotereya”ASC-nin təklifi ilə qanunvericiliyə dəyişiklik edilib”, - deyə E.Əliyev əlavə edib.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR