Elnarə var-yox söyüşü işlətdi

Elnarə var-yox söyüşü işlətdi

Xanəndə Elnarə Abdullayeva media nümayəndələrini bir araya toplayaraq mətbuat konfransı keçirib.

Xanəndə Şamaxıya çəkdirdiyi 200 minlik bulağın quruması haqda yayılan xəbərlərə aydınlıq gətirib:

"Mən yaltaq adam deyiləm, hamını olduğu kimi qəbul edirəm. Məndən bulağın quruması ilə əlaqədar xəbərlər haqda açıqlama istəyirlər. Əsəbləşirəm, o qədər əziyyət çəkmişəm. Səhhətimdə problem yaranmışdı, səhhətim düzələndən sonra xeyriyyə işi görməyə qərar verdim. Mən reklam üçün kəndə su çəkdirməmişəm. Deyirlər ki, Elnarə ad almaq üçün su çəkdirib. Mən su kəmərini Allah rızası üçün çəkdirmişəm. Bu layihə üçün böyük evimi satmışam. Bu xeyriyyə işi hər adama qismət olmur. İşlər başlayanda Allah öz bərəkətini göndərdi. Allah aləmi qarışdıran insana lənət eləsin.

Bütün sahələrdə mərdiməzar var. İnana bilmirəm ki, gözəlliyi görən insanlar necə pislik edə bilir? Su kəmərinin, hovuzların xırda-para işləri qalıb. Bir neçə günə tam hazır olacaq. Hazırlıqlar bitdikdən sonra jurnalistləri yenidən Şamaxıya aparacam".

Abdullayeva jurnalistləri təhqir etməsi ilə bağlı xəbərlərdən də danışıb: "Hamı bilsin ki, məscid tikdirməyim ilə bağlı xəbərlərin yayılmasını istəmədim. Bu işləri Allahı sevə-sevə etmişəm. Mən haylı-küylü insanam. Mən danmıram, demişəm ki, bu məsələni yayan insanın var-yoxu çöldə qalsın. Mən də insanam, aqressiv ola bilərəm. Mən insanı təhqir edəcək xarakterdə deyiləm. Hər an başım işləyir, içmirəm, çəkmirəm, oturuşub-duruşum düzgündür. Mən hamıya qarşı mərhəmətliyəm. Süpürgəçini də təhqir etmərəm. Bundan sonra yenə imkanım olsa, xeyriyyə işləri görəcəm. Qobustan İcra Hakimiyyəti mənə mənəvi dəstək olub, sənədlərin düzəldilməsində kömək ediblər. Maddi dəstək olmayıb. İmkan verməzdim ki, kimsə maddi dəstək olsun. Savabı tək qazanmaq istəyirəm".

milli.az

Xəbər 1863 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR