Elməddin Cəfərov "iki qapı arasında" - Ekranlarda MÖHTƏŞƏM komediya - VİDEO / FOTO

Elməddin Cəfərov

Son ayların ən çox baxılan və güldürən komediyalarından biri tanınmış aktyor Elməddin Cəfərovun "İki qapı arasında” adlı yeni serialıdır. 
Aktual.az məlumat verir ki, Mətanət Əliverdiyeva, Vəfa İsmayılova, Əsmər Rüstəmli, Ülviyyə Əliyeva, Mətləb Səfərli, Elvin Paşa, Elvin Hüseynov, Rəsul Abbasov kimi tanınmışların çəkildiyi ekran işinə maraq, böyükdür, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Maraqlı və yaddaqalan, evlərə gülüş gətirən bu serial sözün əsl mənasında ailə ilə birlikdə izlənəcək komediyalardan biridir. Layihənin rəhbəri Elməddin Cəfərov, quruluşçu rejissor Elçin İbrahimov, quruluşçu operator Rəşad Qarayev, baş redaktor Elvin Paşa, senarist Elnur Hüseynov, Pərviz Arif və baş prodüsser Kənan Piriyev ortaya möhtəşəm bir layihə qoyublar. İstedadlı və peşəkarlardan ibarət bu komanda "İki qapı arasında" serialını digərlərindən fərqləndirə biliblər. "İki qapı arasında” serialı Elməddin Cəfərovun rəhbəri olduğu "KO Media Group” tərəfindən çəkilir. Məlumat üçün deyək ki, "İki qapı" serialı hər həftənin bazarı günü, saat 19:20-də ATV telekanalında yayımlanır. (azsiamaz.com)

      
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR