Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Serbiyaya işgüzar səfərə yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov 3-4 dekabr tarixində Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak edəcək.
Nazirin toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.