Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov 10 sentyabr 2015-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Astanada keçiriləcək iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb.
Aktual.az xəbər verir ki, TDƏŞ-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.