Xarici işlər naziri Elmar Məmmədyarov Polşada səfərdədir.
Aktual.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, nazir Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin tərkibində NATO-nun zirvə toplantısında iştirak etmək üçün Polşaya gedib.
Xatırladaq ki, NATO sammiti iyulun 8-9-da Varşavada keçiriləcək.