Elmar Məmmədyarov Mövlud Çavuşoğlunu qəbul edib

Elmar Məmmədyarov  Mövlud Çavuşoğlunu  qəbul edib

Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, görüş əvvəlcə ikitərəfli, daha sonra geniş tərkiblə baş tutub. Daha sonra keçirilən mətbuat konfransda E. Məmmədyarov bildirib ki, görüş zamanı bəzi ikitərəfli məsələlərə toxunulub. E. Məmmədyarov türkiyəli həmkarına Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların son durumu barədə məlumat verib.

Türkiyənin xarici işlər naziri hər zaman hökumət qurulduqdan sonra ilk xarici rəsmi səfərlərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana etdiklərini xatırladıb. O, Azərbaycanla Türkiyə arasında hər sahədə münasibətlərin mükəmməl səviyyədə olduğunu vurğulayıb.

Qeyd edək ki, M. Çavuşoğlunun Azərbaycana səfəri başa çatıb.

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR