"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək".
Aktual.az bildirir ki, bunu Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.
Həmsədrlər, həmçinin iyunun 2-də Parisdə Ermənistanın xarici işlər naziri ilə görüşəcəklər.