Xarici işlər naziri Elmar Məmmədyarov may 4-də Praqa şəhərində keçiriləcək Vişeqrad 4 (Çexiya, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Çexiyaya yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Aktual.az