Elmar Məmmədyarov: "Ermənistanın məqsədi münaqişənin həllinə maneə yaratmaqdır"

Elmar Məmmədyarov:

“Xarici işlər naziri Elmar Məmmədyarov CNN kanalında jurnalist Beki Andersonun “Connect the World” proqramında çıxış edib”.

Aktual.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, E. Məmmədyarov cəbhədə yaranmış son gərginlik, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini və mülki obyektləri hədəfə alması, Ermənistanın həyata keçirdiyi təxribatçı əməllərindən danışıb. Nazir qeyd edib ki, Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdır. O, yenilənmiş "Madrid prinsipləri" əsasında münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu bildirib. Ermənistanın hər vəchlə danışıqlar prosesini əngəllədiyini və bütün təşəbbüsləri rədd etdiyini vurğulayıb və jurnalistin suallarını cavablandırıb.

Xəbər 724 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR