Elmar Məmmədyarov beynəlxalq ictimaiyyətə məktub ünvanlayıb

Elmar Məmmədyarov beynəlxalq ictimaiyyətə məktub ünvanlayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra dövlətlərin xarici işlər nazirləri və beynəlxalq təşkilatların rəhbərlərinə məktub ünvanlayıb.

Nazirlikdən verilən məlumata görə, məktub ATƏT-in Minsk Qrupunun üzv dövlətlərinə, MDB ölkələrinə, ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniya və ATƏT sədrliyində olan "troyka" dövlətlərinə, BMT, İslam Əməkdaşlıq Təşkilatı və NATO-nun baş katiblərinə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə ünvanlanıb. Məktubda 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərinin ağır silahlardan intensiv atəşə tutulması və nəticədə mülki şəxslər arasında tələfat olduğu haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması məqsədilə lazımı addımlar atıb.

Sənəddə vurğulanıb ki, münaqişənin davam etməsi və bunun nəticəsində gərginliyin artmasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur. Nazir xatırladıb ki, BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqlənib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub.

E. Məmmədyarovun sözlərinə görə, Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağı dayandırmalı, ilhaqçı siyasətinə son qoymalı, qoşunlarını işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarmalı, danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə riayət etməlidir.

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR