Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək

Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Belçika və Almaniyaya işgüzar səfər edəcək.

XİN-dən Aktual.az-a  verilən məlumata görə, E.Məmmədyarov dekabrın 7-də Brüsseldə keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısı və 8-9 dekabr tarixlərində Hamburqda keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək.

Sözügedən tədbirlərdə E.Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
 
Aktual.az
Xəbər 639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR