Elmar Məmmədyarov ATƏT rəsmisindən araşdırma tələb etdi

Elmar Məmmədyarov ATƏT rəsmisindən araşdırma tələb etdi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Maykl Link ilə görüşüb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə XİN-dən verilən məlumatda deyilir.

Bildirilir ki, nazir E.Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun bu il noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsinin qurumun mandatına zidd olduğunu bildirib. Azərbaycanın məntiqə əsaslanan və konstruktiv əməkdaşlıq çağırışlarına baxmayaraq, qurum tərəfindən belə bir addımın atılmasının onun müstəqilliyi və qərəzsizliyini sual altına qoyduğunu vurğulayıb.

Nazir Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun hansı prinsip və metodologiya əsasında bu cür mövqe tutmasının araşdırılmasının zəruriliyini diqqətə çatdırıb.

M.Link ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun təşkilata üzv olan bütün dövlətlərlə əməkdaşlıq etməkdə maraqlı və hazır olduğunu bildirərək, qurumun gələcəkdə bu istiqamətdə səylərini daha da artıracağını qeyd edib.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR