Elman Abdullayev: "Azərbaycanlı iş adamları Efiopiya ilə maraqlanırlar"

Elman Abdullayev:
  • DÜNYA

Azərbaycanlı iş adamları Efiopiyanın müxtəlif investisiya sahələri ilə yaxından maraqlanırlar.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Efiopiya Xəbər Agentliyinə açıqlamasında Azərbaycanın bu ölkədəki səfiri Elman Abdullayev bildirib.

O, ölkədəki fəaliyyətin əsas sahələrini müəyyənləşdirmək üçün azərbaycanlı iş adamlarının Efiopiya dövlət qurumları ilə danışıqlar apardığını qeyd edib. Kənd təsərrüfatı, emal, aqro-emal, ticarət, turizm, təhsil və digər sahələrdə əlverişli şəraitin mövcudluğunu vurğulayıb.

Səfir ticarət və investisiya əlaqələrinin nəticə etibarilə iki ölkə arasında diplomatik münasibətlərin genişlənməsinə gətirib çıxaracağını bildirib.

E.Abdullayev Efiopiyanın regionda aparıcı rolu, onun coğrafi mövqeyi, təbiəti, xarici investisiyaların hökumət tərəfindən təşviq edilməsi və ölkədə hökm sürən davamlı sülhün xarici investorlar üçün əsas cəlbedici amillər olduğunu vurğulayıb.

Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR