Almaniya kansleri Angela Merkel iyunun 7-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün brifinqdə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyan edib.
“İkitərəfli əməkdaşlıq məsələləri, Azərbaycandakı vəziyyət, habelə Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olacaq”, - deyə o vurğulayıb.
Ş. Zaybert həmçinin bildirib ki, Almaniya kansleri ilə Azərbaycan prezidentinin birgə mətbuat konfransı keçiriləcək.