Ermənistan Azərbaycanın növbəti tələbini yerinə yetirmək niyyətindədir. Söhbət AB-nin Ermənistandakı monitorinq missiyasının mandatından gedir.
Aktual.az xəbər verir ki, bu barədə "Hraparak” nəşri yazıb.
Nəşr bildirib ki, nə Ermənistan AB missiyası bu barədə suala cavab verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 14 oktyabrda Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bu barədə danışmış, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan bu missiyaya iki aylıq razılıq verdiyini bildirmişdi.
"Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa Birliyi ilə təmaslarda bu məsələni qaldıracağıq”, - Prezident vurğulamışdı.
Nəşr xatırladıb ki, AB missiyasının mandatı son uzadılmadan sonra 2025-ci ilin fevralında başa çatır. Ermənistan mandatı uzatmasa, missiya fəaliyyətini dayandıracaq.
Xəbər 728 dəfə oxunub.