Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi, istənilən təxribatların qarşısını almağa hər an hazır olması erməniləri qorxuya salıb.
Aktual.az xəbər verir ki, Ermənistanda Azərbaycanın Qarabağdakı separatçılara qarşı əməliyyata hazırlaşdığı iddiaları irəli sürülür.
Ermənistan Xarici İşlər Nazirliyi artıq beynəlxalq ictimaiyyətə bu iddia ilə bağlı müraciət edib.
Rəsmi İrəvan iddia edir ki, Azərbaycan Qarabağda əməliyyatlara hazırlaşır və onlar beynəlxalq ictimaiyyətdən "erməniləri qorumağı” istəyirlər.
Son günlər separatçıların ordumuza qarşı təxribatları fonunda Ermənistan XİN-in bu iddiası təsadüfi deyil və konkret hədəfə hesablanıb.
Hazırda Qarabağda erməni əhalisinin reinteqrasiyası prosesinə hazırlıq aparılır. Prezident İlham Əliyevin separatçılar üçün son seçim olaraq amnistiya təklifini verməsi və bunun beynəlxalq səviyyədə qəbul edilməsi bölgədəki vəziyyəti dəyişib. Bu, separatçıların mövcudluğunu sual altınaq saldığı kimi, Ermənistanın "Bakı-Xankəndi formatı”, "beynəlxalq mexanizm” kimi məsələlərlə Qarabağ iddiasını davam etdirmək perspektivini də sıradan çıxarır.
Bu mənzərə fonunda separatçıların bölgədə təxribatları genişləndirəcəyi, hərbi eskalasiya yaradaraq, "erməni əhalisi Azərbaycana reinteqrasiya edə bilməz” görüntüsü yaradacağı bəllidir. Son təxribatlar da buna hesablanıb. Ermənistan XİN-in iddiası isə "özünü sığortalamaq” gedişidir.
Lakin o da şübhəsizdir ki, Azərbaycan öz suveren ərazisində hansısa cinayətkar qruplaşmaların "oyuncaq dövlət” oyununa imkan verməyəcək.
Xəbər 263 dəfə oxunub.