Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəqiqələrdə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII zirvə toplantısına gələn liderləri qarşılayır.
Aktual.az AzNews.az -a istinadən xəbər verir ki, qarşılanma mərasiminin 1,5 saat çəkəcəyi bildirilir. Çəkiləcək ailə fotosundan sonra toplantı Qurani-Kərimin oxunmasıyla başlayacaq.
Tədbirdən sonra isə Dolmabaxça sarayında Ərdoğan adından şam yeməyi veriləcək.
Tarixi atmosferdə keçəcək ziyafətdə 16 türk dövlətini təmsil edəcək əsgərlər də iştirak edəcək.
Onu da bildirək ki, qonaqların təhlükəsizliyini 5 min polis əməkdaşı qoruyacaq.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də Zirvə toplantısına qatılacaq.