ATƏT-in Minsk qrupunun növbəti görüşü yaxın vaxtlarda keçirilə bilər.
Belə bir bəyanatla ATƏT-in fəaliyyətdə olan sədri, italiyalı diplomat Lamberto Zanyer çıxış edib.
Zayner eyni zamanda Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün baş tutacağını da istisna etməyib.
Ermənistan-Azərbaycan sərhədində və regionda zorakılığın artmasından narahat olduqlarını bildirən Zayner Qarabağ münaqişəsinin nizamlanmasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katbi Nikolay Bordyuja ilə müzakirə etdiyini deyib.