Əliyev: Razılaşmaq üçün yaxşı şans var!

Əliyev: Razılaşmaq üçün yaxşı şans var!

Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əlimizdən gələni edəcəyik.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə deyib.
"Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir. Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq", - dövlət başçısı qeyd edib.
Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR