Əliyev, Nazarbayev və Atambayev Astanada görüşəcəklər

Əliyev, Nazarbayev və Atambayev Astanada görüşəcəklər

Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentləri türk liderlərinin Astanadakı iclasında iştirak edəcəklər.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə diplomatik korpusun nümayəndələri ilə brifinq zamanı Qazaxıstan respublikasının xarici işlər naziriYerlan İdrisov bildirib.

“Sentyabrın 11-də türk liderlərinin – Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşünü keçirəcəyik. Obyektiv səbəblər üzündən cənab R.T.Ərdoğan bu iclasda iştirak etməyəcək, amma o, yüksək vəzifəli nümayəndələr göndərir. Bəzi ölkələr də bu iclasa öz nümayəndələrini göndərəcək. Bu, gündəmimizi müzakirə edəcəyimiz görüş olacaq” - nazir qeyd edib.

Digər türk dövlətlərinin nümayəndələrinin də iclasda iştirak edəcəyi gözlənilir. Görüşün gündəmi barədə İdrisov məlumat verməyib.

Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR