Azərbaycan, Türkiyə və Rusiya prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin enerji forumu başlamamışdan öncə qısa söhbət ediblər.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Üç ölkənin liderləri yanaşı oturublar. Onlar zalda yerlərində əyləşdikdən sonra nəyisə müzakirə ediblər.
Dünya Enerji Konqressi işinə bu gün başlayıb və 13 oktyabra qədər davam edəcək.
Forumda iştirak edən ölkələrin müxtəlif görüş və danışıqlarının gedişatı zamanı neftin qiyməti ilə bağlı vəziyyəti müzakirə edəcəkləri nəzərdə tutulub.