Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli görüşü ilin sonuna kimi Bakıda görüşəcək.
Bu barədə AzVision.az `İnterfax-Azərbaycana` istinadən xəbər verir.
Diplomatik mənbənin verdiyi məlumata görə, Bakı və Ankara regionun digər ölkələri ilə - İran və Türkmənistanla da üçtərəfli görüşlər keçirməyi planlaşdırır.
“Görüşün gündəliyi və dəqiq tarix hər üç ölkənin nümayəndələrinin məsləhətləşmələrindən sonra bilinəcək”, - deyə diplomatik mənbə bildirib.