Əlisahib Hüseynov seçicilərlə görüşüb

Əlisahib Hüseynov seçicilərlə görüşüb

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Demokratik Azərbaycan Dünyası Partiyasının(DADP) sədri Əlisahib Hüseynovun seçicilərlə görüşü keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüş Sumqayıt şəhərində yerləşən Qubadlı rayon, Çaytumas kənd məktəb litseyinin həyətində keçirilib. Görüşdə Zəngilan-Qubadlı əhalisinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edib.
Tədbirin aparıcısı tanınmış bədii qiraətçi Ağalar Bayramov Əlisahib Hüseynovun həyat fəaliyyətindən, Qarabağ müharibəsində iştirakından danışıb.
Seçki qərargahının sədri Elşad Əliyev DADP sədrinin seçki platformasını açıqlayıb.
Eyni zamanda tanınmış şairlər Dayandur Sevgin və Fərqanə Mehdiyeva çıxış edərək, Zəngilan-Qubadlı əhalisini Əlisahib Hüseynova səs verməyə çağırıblar.
Əlisahib Hüseynov sonda çıxış edərək, ona etimad göstərilərsə seçicilərin problemlərini səlahiyyətli orqanlar qarşısında qaldıraraq həll edəcəyini bildirib.
Görüş tanınmış ilahi mahnılar ifaçısı Samir Salamın ifa etdiyi “Amin” mahnısı ilə bitib.
Görüşdən sonra seçicilər Əlisahib Hüseynovla öz problemlərini bölüşüb və 1 noyabrda ona səs verəcəklərini bildiriblər.

Xəbər 2426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR