125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov seçiciləri ilə növbəti dəfə görüşəcək.
Görüş Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən Qubadlı şəhər, 1 saylı tam orta məktbin akt zalında keçiriləcək. Tədbir 29 oktyabr saat 16:00-da olacaq.
Əlisahib Hüseynov 1 noyabr seçkilərində Zəngilan-Qubadlı camaatının daha layiqli namizədə səs verəcəyini bildirib. O, 20 ildən artıq deputat olaraq məcburi köçkünlərin səsini eşitməyən millət vəkilinə xalqın bu dəfə “yox” deyəcəyini və özünün qalib olacağına əminliyini qeyd edib.