Əliqanlı MTN generalı intim çəkişmələrə də müdaxilə edib

Əliqanlı MTN generalı intim çəkişmələrə də müdaxilə edib

Deyəsən Eldar Mahmudov-Akif Çovdarov qruplaşmasının fəaliyyəti barədə aylardır ölkə gündəmindən düşməyən əhvalatlarda mövzu dəyişir. Belə məlum olur ki, ölkənin milli təhlükəsizliyinə cavabdeh olan nazirliyin rəhbərliyində oturanlar təkcə iş adamlarına qarşı quldurluq edib onları soyub-talamırmış, eyni zamanda məşuqları ilə münasibətləri korlanan məşuqələri də “tərbiyələndirib” onları “düzgün yola” qaytarırmış. Özü də Çovdarovun maskalılarının köməyi ilə...

Bir neçə gündür ki, KİV-lər (əsasən sarı media) fəaliyyətinə xitam verilmiş MTN-in hazırda həbsdə olan generalı Akif Çovdarovdan daha bir zərərçəkən barədə yazır. Bu dəfə Çovdarovun maskalılarının MTN-ə aparıb generalın hüzurunda sındırdığı şəxs iş adamı deyil, toyxana müğənnisidir.

Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki,günlərin birində Çovdarovun Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan Famil adlı adamının (soyadını dəqiqləşdirmək hələlik mümkün olmayıb) məşuqəsi, Şəbnəm Tovuzlu kimi tanınan Şəbnəm Əsədova ilə münasibətləri korlanıb. Nəticədə onlar ayrılıblar.

Lakin bu ayrılıq elə-belə başa gələ bilməzdi. Axı son dövlər yeni azərbaycanlılar-oliqarxlar və digər imkanlılar arasında yarana dəbə görə əgər şou-biznesin məşhurları arasında məşuqə seçmək lazım gəlirsə bu, bahalı hədiyyələr-yeni tikilmiş binada mənzillər və dəbdəbəli avtomobillər hesabına başa gəlir. Çovdarovun ortağı (əslində Çovdarov tikinti biznesində Mahmudovun işlərini idarə edirdi-red.) da belə edib, Şəbnəm Tovuzluya Nərimanov rayonunda yeni tikilmiş binada 3 otaqlı mənzil bağışlayıb.

Beləliklə, Çovdarovun adamı onu tərk edən müğənnidən qisas almaq qərarına gəlir və kömək üçün generala üz tutur. Təbii ki, dərhal Çovdarovun maskalıları lazım olan ünvana göndərilir, məşuquna vəfasız çıxmış məşuqəni insan alveri ilə məşğul olan şübhəli şəxs kimi tutub MTN-ə gətirirlər və onu məcbur edirlər ki, həmin mənzili geri qaytarsın, yaxud Çovdarovn ortağının göstərdiyi adamın adına keçirsin.

Əhvalatın arxasının necə olduğunu isə müğənninin özünün danışdıqlarına əsasən təxmin etmək olar. O, təsdiq edir ki, doğrudan da Famil adlı iş adamı ilə sevgilidir və həmin adam Çovdarovla ortaq olub. Müğənni etiraf edir ki, o vaxt sevgilisi ilə münasibətləri korlanmışdı və onlar ayrılmışdılar. “Lakin biz yenidən barışmışıq və birlikdəyik”-tovuzlu Şəbnəm deyir.

Təbii ki, müğənni o vaxt küsdüyü sevgilisinin onu Çovdarov vasitəsilə MTN-ə apardıb hədiyyə mənzili geri almasını təsdiqləmir. Deyir ki, sadəcə olaraq həmin mənzili satıblar və əvəzində 5 otaqlı mənzil alıblar. “Mən indi Famillə çox xoşbəxtəm”-tovuzlu Şəbnəm deyir.

Bu cütlüyün yenidən bir yerdə və çox xoşbəxt olmalarının səbəbkarı isə yəqin ki, indi həbsdə günlərini sayan Çovdarovdur...

// Aktual.az

Xəbər 9633 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR