Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu gün saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair Əliağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirak edəcəyi tədbirdə Ə.Vahidin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.
Habelə, şairin qəzəllərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək.