"Ölkədə beş milyon seçici var, onların 0.001 faizinin cənfəngiyyatı heç nəyi dəyişmir.”
Bunu ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəkildə keçirililən mitinqinə münasibət bildirərkən deyib. A.Verdiyev bu mitinqin sadəcə şou olduğunu dedi: "Əli Kərimli və onun dəstəsi hər zaman olduğu kimi yenə də şou göstərirlər. Mitinqdə dalğalanan bayraqlar, səsləndirilən şuarlar əslində sifarişin kimdən gəldiyini deməyə əsas verir. Bu mitinqdə toplananlar nə istədiklərinin belə fərqində deyildilər. Referendoma yox demək nə deməkdi? Referendum ümumxlaq səsverməsidir, referendum demokratik dəyərlərin ən alisidir, referendum xalqın azad seçimi deməkdir. Demokratiya "çarçıları” xalqa aid bir proseduru necə baykot edə bilərlər? Bu bir daha onu götərir ki. Əli Kərimli və onun mitinqə toplaşan qohum əqrabaları olduqca radikal məqsədlərə xidmət edirlər. Onlar mitinqdə Avropa Şurasına aid bayraqlar dalğalandırır, ölkəmizin strateji maraqlarına aid heç bir təklif irəli sürə bilmirlər. Sanki robotlaşmış şəkildə ermənipərəst qrant sahiblərinin istəklərini yerinə yetirirlər. Bu həqiqətən biabırçılıqdı. Buna son qoymaq lazımdı.”