”Əli Kərimli kimi vətən xainləri daim ifşa olunmalıdır!” - DEPUTAT

”Əli Kərimli kimi vətən xainləri daim ifşa olunmalıdır!” - DEPUTAT

"Əli Kərimli adında naqis, anti-milli ünsür xaricdəki hamilərinin tapşırığı və təşəbbüsü ilə əlindən gələni etdi və bu gün də edir ki, "COP 29” tədbiri öncəsi nəyəsə nail olsun, Azərbaycanın uğurlarına kölgə salsın. Amma alınmadı, alınmır və bundan sonra da alınmayacaq! Niyə? Çünki bu cür siyasi qolçomaqların, manqurtların, yaramazların sözü ilə heç kim oturub-durmaz. Çünki bu cür namərdlər həmişə eyni fəaliyyətlə məşğul olublar və sonucda daim fiasko yaşayıblar. Çünki Əli Kərimlinin cızmaqaraları, xaricdə dərc elətdirdiyi hədyan dolu məqalələr, yalnız öz bəsit təxəyyülünün məhsulu olan iyrəncliklər kimsə üçün vacib və əhəmiyyətli deyil!”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev söyləyib.

"AXCP sədri Azərbaycan siyasətinin üz qarasıdır və belə həyasız, nadan, erməni əlinə işləyən vətən xainləri daim ifşa olunmalıdır!”– deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR