Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittiham açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Müsavat Partiyasının üzvü, keçmiş məhkum Tofiq Yaqublu özünün “facebook” səhifəsində yazıb. T. Yaqublunun yazdığına görə, Ə. İnsanov həbsxanada ona müraciət edən məhkumları səhv müalicə etməkdə təqsirləndirilir.