Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürülür.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə vəkil Namizəd Səfərov Facebook səhifəsində yazıb.
Vəkil qeyd edib ki, Əli İnsanov hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə ittiham olunur.
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.