Əli Əsədov Titovla görüşdü

Əli Əsədov Titovla görüşdü

Martın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Prezidenti yanında Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov ilə görüşüb.
Nazirlər Kabinetindən Aktual.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin hərtərəfli inkişaf etməsi qeyd olunub.
Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olması müsbət qiymətləndirilib, Rusiya biznesinin ölkəmizdə geniş təmsil olmasından məmnunluq bildirilib.
Tərəflər iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin və qarşılıqlı işgüzar missiyaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin, ticari-iqtisadi, investisiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri də müzakirə olunub.
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR