Əli Əhmədov prezidentin İrana səfərini şərh etdi

Əli Əhmədov prezidentin İrana səfərini şərh etdi

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov prezident İlham Əliyevin İrana səfərini şərh edib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Ə. Əhmədov bildirib ki, İran və Azərbaycan arasında hər zaman dostluq münasibətləri olub.

O qeyd edib ki, iki ölkə münasibətlərinin yüksək səviyyədə olmasının ciddi əsasları var: “İran Azərbaycanın böyük dostu və qonşu olan dövlətdir. İki ölkə arasında çoxlu sayda səfərlər təşkil olunur. Tarixi, etnik, dini əlaqələrimiz də dərin köklərə malikdir. Bütün bunlara görə İranla Azərbaycan arasında münasibətlər hər zaman dostluq və qarşılıqlı etimad prinsipləri əsasında qurulub və indi də həmin istiqamətdə inkişaf etməkdədir”.

Ə. Əhmədov deyib ki, son vaxtlar İrana qarşı sanksiyaların aradan qaldırılması istiqamətində atılan addımların müsbət nəticələr verməsi bu ölkənin dünyaya inteqrasiyası üçün yeni imkanlar yaradıb: “Bu da İran-Azərbaycan münasibətlərinə müsbət təsirini göstərir. Biz onun tərəfdarıyıq ki, İranla Azərbaycan arasında olan ənənəvi dostluq münasibətləri iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə gətirib çıxarsın. Bu baxımdan da prezident İlham Əliyevin İrana səfəri siyasi, iqtisadi və dostluq mənasında böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də İran cəmiyyəti bu səfəri yüksək qiymətləndirir. Bu səfərin də yüksək nəticələrinin olacağına hər birimiz inanırıq”.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR