“Artıq dostlarımla məclisdə saat 11-ə qədər otururam”.
Teleaparıcı Elgiz Əkbər aparıcısı olduğu “Günə baxan” verilişində ailəsi ilə bağlı maraqlı açıqlama verib.
Aktual.az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, teleaparıcı şəxsi həyatından danışıb:
“Qadın kişi münasibətləri sivil qaydada qurulmalıdır. Əvvəl subay idim, evə saat 1-də gəlirdim. Artıq dostlarımla məclisdə saat 11-ə qədər otururam. Dostlarım deyir ki, arvadından qorxursan. Bu qorxmaq deyil, hörmətdir, dəyərdir. Evə gec getsəm, məni öldürməyəcəklər, amma saat 4-də evə gələn kişiləri başa düşmürəm”.
Xəbər 942 dəfə oxunub.