Əleyhimizə olan skandal səsvermənin maraqlı nüansları məlum oldu

Əleyhimizə olan skandal səsvermənin maraqlı nüansları məlum oldu

Avropa parlamenti növbəti dəfə Azərbaycan əleyhinə sənədlər qəbul edib. Deputatlar tərəfindən təsdiqlənmiş qətnamədə rəsmi Bakıya qarşı bir sıra təxribat xarakterli çağırışlar əks olunub və elə yazılıb ki, sanki müəllifləri bir neçə Avropa ölkəsi deyil, təkcə Ermənistandır.
Aktual.az xəbər verir ki, Trend-ə bu skandal səsvermənin bir sıra nüansları məlum olub.
Xüsusən də parlamentlərilərin qətnamə layihəsi ilə əvvəldən tanış olmalarına imkan verilməyib. Sənəd nümayəndələrə səsvermədən bir neçə gün əvvəl təqdim edilməlidir. Halbuki deputatlar qətnamə layihəsini baxışdan yalnız iki gün əvvəl alıblar. Bu qədər qısa müddətdə qətnamə haqqında necə obyektiv qərar vermək olar?
O da açıq-aşkardır ki, Avropa parlamentariləri qətnamənin qəbulunun qətiyyən heç nəyi dəyişməyəcəyini çox gözəl bilirlər. Sənədin lehinə səs verən həmin deputatlar az qala tribunadan deyirdilər ki, bu sənəd heç kimin üzərinə öhdəlik qoymur və yalnız lazımsız gərginlik yaradacaq. Qətnamə real effektə malik olmayacaq və sülh yolu ilə tənzimləməyə kömək etməyəcək.
Avropa parlamentdində Azərbaycan əleyhinə səsvermənin keçirildiyi vəziyyət özü özündən xəbər verir. Hamı hər şeyi başa düşürdü. Başa düşürdülər ki, qətnamə onsuz da qəbul ediləcək, bu növbəti kağız parçası yalnız Azərbaycanla münasibətlərə zərər verəcək, ən əsası isə Avropa parlamentinin özündəki vəziyyətdən bir çox şey xəbər verir. Aydındır ki, 2023-cü ildə Avropa parlamentinin Azərbaycana münasibətində yaxşılaşma gözləmək lazım deyil, mülayim şəkildə deyilsə, parlamentin indiki heyəti qərəzlidir və açıq-aydın münaqişə tərəflərindən birinin maraqlarından çıxış edir. Ümid etmək qalır ki, 2024-cü ildə Avropa parlamentinə yeni seçkilər keçiriləndə yeni deputat heyəti daha obyektiv olmaqla yanaşı müxtəlif növ ermənipərəst qüvvələrdən asılı olmayacaq.

Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR