Salyanda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunda, rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyanın Şorsulu kənd sakini, 38 yaşlı Seyfulla Rahib oğlu Abbasov idarə etdiyi "Daewoo" markalı avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhər sakini, 36 yaşlı Azər Qərib oğlu Hüseynovun idarə etdiyi "Fiat" markalı maşınla toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktal bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Aktual.az